"Qazlayırıq özümüzü, qaz ha qazzzz!" - Elzanın yeni şeiri

img

01-12-2016 [16:39]


Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni şeiri sosial şəbəkələrdə yayılıb.

Mia.az onun qazın və elektrik enerjisinin qiymətinin bahalaşmasına həsr etdiyi şeirini təqdim edir:

Qış elə soyuqdur ki,
 
Qaz isitmir evimizi,
 
Qoz qabığı yandırıb
 
Qazlayırıq özümüzü
 
Günün soyuğunda
 
Qazsız qaz yolmaq olmur
 
Boşalmaq, dolmaq olmur
 
Qazdı, işıqdı
 
Bunlar evə yaraşıqdı
 
Qaz yaraşırdı evimizə
 
İşıqda yaraşırdı
 
Amma qaz çox yananda,
 
Qazpulu yığan çaşırdı
 
İşıqları söndürəndə
 
Hamının dili dolaşırdı
 
Qaz ha qaz, özümə quyu qazdım
 
Qazsız azdım,
 
İşıqsız azaldım…
 
Qaz bahadırsa ay insan
 
Odun sobası al
 
Ağac kəs, odun topla
 
Yalan danış, gopla
 
İşığı kəsəndə
 
Düş həyətə oyna topla
 
Topla ay adam işığını, qazını
 
Çoxunu azını
 
Ay kasıb adam,
 
Evi nəfəsinlə isit
 
Kəsməsinlər qazını.
 
Diferensiallaşma
 
Aşma
 
Çaşma
 
Bax mənim görüntümə, yaşıma
 
Diferensiallaşma!!!
 
Qaz, Diferensiallaşma!
 
Elektrik, Diferensiallaşma!
 
Oyyy, nələr gəldi başıma!
 
Qazzzzz
 
Qaz ha qazzzz!
 
Kəsilmə qaz,
 
Bahalaşma qazım mənim,
 
Üşüməsin quzum mənim!

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 22.05.2025

Xəzərdə zəlzələ olub