T.Abbaslı: ?Türkiyə ilə Azərbaycan tezliklə hərbi əməkdazlığa dair saziz imzalamalıdır?

img

19-05-2010 [01:42]


?Türkiyə ? Azərbaycan münasibətlərində yeni və önəmli bir mərhələyə qədəm qoyulub. Hesab edirəm ki, bu mərhələ Türkiyədən çox Azərbaycana xeyir gətirəcək?. Bu fikirləri MİA-ya Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın öləkmizə səfərini şərh edərkən deyib. Onun fikrincə, Türkiyənin Qarabağa dair öz vədinin üzərində durması, bu məqamın bir daha təkrar olunması, həmçinin Ərdoğanın səfəri zamanı toxunulan məqamlar və verilən qərarlar belə deməyə əsas verir: ?Biz AİDP olaraq Türukiyənin və bu ölkənin indiki hakimiyyətinin Qarabağ məsələsində Azərbaycana verdiyi vədi pozmayacağını dəfələrlə qeyd etmişdik. Hətta ölkəmizdə müxtəlif dairələr Türkiyəni kəskin şəkildə tənqid edərkən belə biz öz fikrimizdə qalmışdıq. Zaman bizim proqnozumuzun doğru olduğunu göstərdi. Türkiyə ABŞ-dan və Avropadan gələn bütün təzyiqlərə baxmayaraq geri çəkilmədi. Üstəlik Ərdoğanın bu dəfəki səfərində alınan qərarlar həm Qarabağ, həm də digər məsələlərdə Türkiyənin Azərbaycanın yanında olacağını göstərmiş oldu?. T.Abbaslı hesab edir ki, xüsusilə də iki qardaş ölkə arasında Strateji Əmkədaşlıq Şurasının qurulmasına dair ilkin razılaşmanını əldə edilməsi Türkiyə ilə Azərbaycanın bölgədə əsas söz sahibi olacağına zəmin yaradır: ?Hesab edirəm ki, bu məsələ tezliklə həllini tapmalıdır və ardınca da iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalanmalıdır. Güman edirəm ki, son proseslər məhz bu istiqamətdə inkişaf edir?. T.Abbaslının fikrincə, proseslər arzuolunan istiqamətdə inkişaf edərsə Ermənistan daha da çətin vəziyyətə düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA