Tbilisidə Gürcüstan və Azərbaycanın dövlət bayramları qeyd olunacaq

img

18-05-2010 [06:11]


Gürcüstan azərbaycanlıları Konqresi (GAK) 28 may - Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92-ci ildönümünü və 26 may ? Gürcüstanın Müstəqillik günü münasibətilə ilə tədbir keçirəcək. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən GAK sədri Əli Babayev bildirib ki, iki qardaş ölkənin dövlət bayramları mayın 27-də Tbilisidə keçiriləcək. ?Tədbirdən öncə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstü və Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklil qoyulacaq. Konqresin nümayəndələri həmçinin Tbilisidə Nəbatət bağında Azərbaycanın görkəmli ziyalıları Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Azərbaycan Demokratik Respublikasının yaradılmasında böyük xidmətləri olmuş Fətəli xan Xoyskinin məzarını ziyarət edəcəklər?, - Babayev məlumat verib. Bayram tədbirində Gürcüstandakı xarici dövlət səfirlikləri, beynəlxalq təşkilatlarının nümayəndələrinin, gürcü və azərbaycanlı ziyalıların, elm xadimlərinin iştirakı nəzərdə tutulur. Mərasimin bədii hissəsində Gürcüstan Azərbaycanlıları Konqresi nəzdində fəaliyyət göstərən ?Ceyran? rəqs ansamblı Azərbaycan və Gürcüstanın milli rəqslərini ifa edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA