?çin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir?

img

17-05-2010 [05:16]


Xarici işlər naziri Elmar Məmmədyarov tranzit yol ilə ölkəmizdən keçən Çinin Xalq Respublikasının Xarici İşlər naziri Yanq Jieçi (Yang Yiechi) qəbul edib. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Çin arasındakı münasibətlərin olduğunu qeyd edərək, əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Regionda cərəyan edən proseslərə toxunan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş və münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırıb. Cavab olaraq, Çinin Xarici işlər naziri ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim və birmənalı olaraq dəstəklədiyini deyib. Çin tərəfinə tutduğu mövqeyə görə minnətdarlığını bildirən E.Məmmədyarov qeyd etmişdir ki Azərbaycan Tayvanı Çin ərazisinin ayrılmaz biri hissəsi kimi tanıyır. Görüşdə həmçının qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA