?Borçalı? Cəmiyyətinin son bir illik fəaliyyəti ilə bağlı tədbir keçirilib

img

17-05-2010 [04:42]


?Borçalı? İctimai Cəmiyyəti növbəti konfransını keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əməkdar memar Ömər Qoçulu 90-na qədər inzibati vahidi əhatə edən 200-dən çox konfrans nümayəndəsinin iştirak etdiyini bildirdi, Sədarətin sədri Elxan Məmmədli və katibi Zahir Əlisoy seçildi və konfarns Azərbaycan Dövlət himni ilə açıq elan olundu. Sonra sədarət nümayəndələri Mədəd Çobanov, Zəlimxan Məmmədli, Ömər Qoçulu, Budaq Budaqov və İlyas Adıgözəlli seçildi. Keçirilən tədbir zamanı cəmiyyətin bir illik fəaliyyətinə qiymət verildi. Cəmiyyətin sədri Zəlimxan Məmmədli öncə qurumun bir illik fəaliyyəti barədə məruzə ilə çıxış etdi. Bildirdi ki, qurum türkçülük və dövlətçilik ideyası ətrafında birləşərək, demokratik dəyərlərə sədaqət yolunu seçib. Cəmiyyət sədrinin sözlərinə görə, bir illik fəaliyyət nəticəsində gürcü və Azərbaycan cəmiyyəti arasında yaranan etimadsızlıq mühiti aradan qaldırılıb: ?Əsas hədəflərdən biri də ?Borçalı" cəmiyyətini təmərküzləşdirib istiqamətini Borçalıya yönləndirməkdir. Gürcüstan həm də separatizmdən uzaq olan borçalıların dövlətidir. Separatizmi dəstəkləmək bəşəri dəyərlərdən imtina etmək deməkdir. Gürcüstan Qafqazda Azərbaycanın yeganə müttəfiqidir". Gürcüstan üzərindən reallaşan enerji layihələrini xatırladan Z.Məmmədli Avropanın xilas yolunun Borçalıdan keçdiyini söylədi: ?Cəmiyyət təşkilatlanmaya doğru gedir. Marneulidə azərbaycanlı gənclərin birinci qurultayı keçirilib. Bundan başqa Rustavidə gürcü-Azərbaycan təmayüllü universitetin yaradılması üçün ilkin razılığa gəlinib, Telavi Dövlət Universitetinin elmi şurası borçalışünaslığın tədqiqi ilə bağlı tramplin rolu oynamağa razılıq verib?. Hesabat məruzəsi ətrafında çıxışlar oldu. Birinci çıxışı zamanı Akademik Budaq Budaqov Borçalı ensiklopediyasının hazırlanmasını təklif etdi və cəmiyyətin bir illik fəaliyyətini yüksək qiymətləndirdi. Folklorşünas E.Məmmədli toponimlərin dəyişdirilməsinə dair ziyalılar arasında toplanan 1200 imzanın Gürcüstanın prezident aparatına təqdim edildiyini bildirdi. Sonra professor Vəli Osmanlı, Borçalı Aşıqlar Birliyinin sədri, Osman Dərviş, Elmlər Akademiyasının müxbir üzvü, akademik Ramiz Məmmədovun çıxışları oldu. R.Məmmədov cəmiyyətin mətbu orqanının yaradılmasına ehtiyac olduğunu söylədi, həmçinin cəmiyyətin fəaliyyətini nəinki yüksək hətta əla oldsuğunu bildirdi. Daha sonra Heydər Əliyev adına Gürcüstan-Azərbaycan humanitar təmayüllü universitetin müəllimi Əli Abbasov, Milli Məclisin baş məsləhətçisi Əmirxan Babaşov, əməkdar jurnalist İlyas Adıgözəlli, professor Mədət Çobanovun, şairə Sənəm Səbayelin çıxışları oldu. Konfrans nümayəndələri Cəmiyyətin illik fəaliyyətini müsbət qiymətləndirdi. Sədr, 15 nəfərlik İdarə Heyəti və 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasına seçkilər keçirildi. Z.Məmmədli təkrarən nizamnaməyə uyğun olaraq konfrans nümayəndələrinin iştirakı ilə 4 illik cəmiyyətin sədri seçildi. Təşkilatın nizamnaməsinə müəyyən dəyişiklik yeni İdarə Heyətinə həvalə edildi. Söz alan sədr Z.Məmmdli ?Borçalı? İctimai Cəmiyyətinin yaxın dövr üçün 1 illik fəaliyyət istiqamətləri haqda məlumat verdi. İlk növbədə təhsillə bağlı. Gürcüstandan gəlib Azərbaycanda təhsil alan tələbələrlə bağlı dövlət proqramı hazırlanmalıdır: Borçalıya böyük qayıdış proqramına start verilib. Geri qayıdanların sosial-müdafiə rifah halının yaxşılaşdırılması üçün Azərbaycanın dövlət büdcəsindən müəyyən vəsait ayrılmalıdır. Orda işsizliyin aradan qaldırılması məqsədilə müəyyən işlərə start verilib?. Sonra toponimlərlə bağlı bu ilin sonuna qədər müsbət həllinə çalışacaq, bu ilin iyul ayının 25-də Başkeçid yaylağında II ?Borçalı türklərinin elat mədəniyyəti? tədbirinin keçiriləcəyini, sentyabr oktyabr aylarında Gürcüstan problemləri ilə bağlı beynəlxalq konfransın keçiriləcəyini söylədi. O cümlədən yaxın zamanlarda ?Borçalı? Cəmiyyətinin Gürcüstanda nümayəndəliyinin yaradılmasını və s. məsələlərin qarşıda durduğunu qeyd etdi. Ən yaxın zamanlarda Gürcüstanın Tbilisi şəhərində 26 may Gürcüstanın müstəqillik günü ilə bağlı bayram mitinqinin keçiricəyəni bildirdi. Ən sonda bütün milli qüvəlləri, bütün firqləri ümummilli poblemlər ətrafında birləşməyə çağırdı. Eyni zamanda gürcüstanlı iş adamlarını, gürcüstanlı ziyalılarını, azərbaycanlı iş adamlarını, azərbaycanlı ziyalılarını Borçalıya biganə qalmamağa səslədi. Bununla da ?Borçalı? İctimai Cəmiyyəti növbəti illik konfansına yekun vurdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA