"Dostlarımızın silahı terrorçuların əlindədir" - Ərdoğan

img

21-11-2016 [11:35]


"Bizim terror qruplaşması elan etdiklərimizin əlindən İraq və Suriyada dostlarımızın silahı aşkar edildi”.

Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında bildirib.

O, müttəfiqlərin Türkiyəyə terrora qarşı mübarizədə göstərdikləri yardıma görə təşəkkürünü bildirib: 

"Eyni dəstəyi başda terrorçu İŞİD və PKK qruplaşmaları olmaqla bütün terrorçulara qarşı mübarizəmizdə gözləyirik.Terror qruplaşmaları təmsilçilərinin ölkələrinizdə sərbəst hərəkət edib, fəaliyyət göstərmələrinə mane olmağınızı istəyirik. Xüsusən Avropa İttifaqının terrorçu elan etdiyi PKK-nın Avropada rahatca hərəkət edib, aksiya keçiriməsini qəbul edə bilmərik". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA