Türkiyənin baz naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib

img

17-05-2010 [03:26]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya rəsmi səfərə gəlib. ANS TV-nin xüsusi müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Türkiyə baş nazirinin olduğu təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında yerə enib. Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Dövlət naziri Mehmet Aydın, xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii qaynaqlar naziri Taner Yıldız müşayiət edir. Heydər Əliyev adına hava limanında qonaqları Türkiyənin Dövlət naziri Egemen Bağış, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər qarşılayıb. Qeyd edək ki, səfər zamanı müzakirə ediləcək əsas məsələ Dağlıq Qarabağ münaqişəsi olacaq. Eyni zamanda Azərbaycanla Türkiyə arasında uzun müddətdir müzakirə olunan qaz müqaviləsinin imzalanacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA