Ərdoğanın 15 iyulda heç yerdə yayılmayan - VİDEOsu

img

20-11-2016 [17:17]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul dövlət çevrilişinə cəhd zamanı Mərmərədə jurnalistlərə verdiyi açıqlama yenidən gündəmə gəlib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan CNN-ə müsahibəsindən bir neçə dəqiqə əvvəl yerli mətbuata danışıb. Ancaq aralarında "Anadolu” agentliyi də olan xeyli agentlik və televiziya prezidentin çıxışını yayımlamayıb.

Belə ki, Ərdoğan 00:05-də təxminən 6 dəqiqə davam edən açıqlama verib. Bundan sonra Mərmərədəki qaynaqlar prezidentin telefonla çəkilmiş görüntüsünü Votsap vasitəsilə A Xəbər telekanalına ötürüb.

Telekanal 00:31-də prezidentin açıqlamasını telefonla yayımlayıb. Məhz bundan sonra digər agentlik və telekanallar Ərdoğanın çıxışını yayımlamağa məcbur olub.

Məsələyə münasibət bildirən "Anadolu” agentliyinin direktoru Şenol Qazancı görüntünün yayımlanmamasını keyfiyyətsiz olması ilə əlaqələndirib.

Prezident Ərdoğanın həmin gecə telekanallar tərəfindən verilməyən görüntüsünü təqdim edirik:




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA