Saakaşvili kimə meydan oxuyur: “Hakimiyyətin köklü dəyişikliklərinə başlayırıq!”

img

20-11-2016 [00:26]


Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün "Facebook” səhifəsində Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib.

"Bu gün bütün Ukraynadan təşəbbüs qruplarının yüzə yaxın təmsilçisi bizim ofisə toplanmışdı. Görüşümüz Ukrayna Təhlükəsizlik İdarəsinin müşahidəsi altında keçirilsə də, hamıda belə bir hiss vardı ki, biz vacib bir yeniliyin başlanğıcındayıq və köhnə siyasi klanlar bunu dayandıra bilməz. Biz Ukraynanın bütün regionlarında işə start vermişik”, - Mixail Saakaşvili yazıb.

Virtualaz.org xəbər verir ki, o, tərəfdarlarını noyabrın 27-də Kiyevin mərkəzinə "açıq Rada”ya toplaşmağa dəvət edib.

"Biz ölkədə hakimiyyətin köklü dəyişikliklərinə başlayırıq!” – Saakaşvili qeud edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA