ABŞ-ın yeni birinci xanımı ilə bağlı - QALMAQAL

img

19-11-2016 [14:37]


Mişel Obamanın modelyeri yeni birinci ledini geyindirməkdən imtina edib.

Fransız əsilli modelyer Sofi Telpe bəyan edib ki, o, ABŞ-ın yeni birinci ledisi, yeni prezident Donald Trampın həyat yoldaşı Melaniya ilə işləməyəcək.

Bu haqda Telpenin "Twitter”də yaydığı açıq məktubda qeyd edilib. 

"Mənim üçün ötən 8 ildə birinci ledi Mişel Obamanı geyindirmək şərəf olub. Mən növbəti birinci lediyə paltar tikməyəcəm, yaxud onunla əməkdaşlıq etməyəcəm. Onun ərinin iqrçilik, şovinizm və ksenofobiya haqda söylədikləri bizim həyatda rəhbər tutduğumuz dəyərlərlə üst-üstə düşmür”, - Telpe yazıb.

Modelyer həmkarlarını da ondan nümunə götürməyə çağırıb.

Telpe 2007-ci ildə, Barak Obama prezident kimi vəzifəsinin icrasına başlamazdan əvvəl eyniadlı geyim markası buraxıb.

Mişel Obama o vaxtdan bəri modelyerin şəxsi müştərisi kimi qalır.

Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA