18-11-2016 [22:31]
Bakının Binəqədi rayonunda şəhərətrafı sərnişindaşıma və nəqliyyat xidməti ilə bağlı mövcud vəziyyət müzakirə olunub.
Binəqədi rayonunda keçirilən görüşdə Binəqədi Rayon İH -nin başçısı Xaləddin İsgəndərov, Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli, Millət vəkili Azay Quliyev, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin baş direktoru Nəcəf Quliyev, həmçinin Bakı Nəqliyyat Agentliyinin müvafiq şöbələrinin müdirləri və Binəqədi rayonu üzrə bələdiyyə sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Görüşdə Binəqədi RİH başçısı Xaləddin İsgəndərov Binəqədi rayonundakı yaşayış məntəqələrində sakinlərlə keçirilən səyyar qəbul və görüşlərdə sakinlər tərəfindən mütəmadi olaraq səsləndirilən əsas problemin şəhərətrafı sərnişindaşıma və nəqliyyat xidməti ilə bağlı olduğunu qeyd etdi.
Bir sıra qəsəbədaxili yolların mövcud vəziyyətinin həmin ərazilərdə müasir sərnişin avtobuslarının normal fəaliyyətinə imkan vermədiyini diqqətə çatdırdı. İcra başçısı hər bir sakinin müraciətinə xüsusi həssaslıqla yanaşıldığını və bu müraciətlərin aidiyyatı qurumlara yönəldilərək həlli üçün müvafiq dəstəyin Rayon İH tərəfindən də edildiyini diqqətə çatdırdı. Əsas problemin məhz sakinlərin məlumatsızlığı olduğunu qeyd edən icra başçısı bu sahədə də əməli işlərin görülməsini zəruri hesab etdiyini bildirdi.
Mövcud çatışmazlıqların operativ aradan qaldırılmasının zərurililiyini vurğulayan millət vəkili Azay Quliyevin sözlərinə görə müvafiq dövlət qurumları arasındakı mövcud bürokratik baryerlər məsələlərin çevik həll edilməsinə maneələr yaradır. Məhz bürokratik əngəllər səbəbindən qaynaqlanan bu kimi yubanmalar isə sonda vətəndaşın ümumi dövlət qurumlarından narazı qalmasına səbəb olur. Bunun üçün də yol-nəqliyyat infrastrukturu və ictimai nəqliyyatla bağlı vətəndaş müraciətlərinə daha çevik reaksiya verilməsi üçün müvafiq dövlət qurumları arasında koordinasiyalı işin qurulması vacibdir.
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli isə öz növbəsində paytaxtın nəqliyyat sektorunun inkişafına müsbət təsir edəcək görüşün təşəbbüskarı qismində millət vəkili Azay Quliyevə və görüşün təşkilində icra başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Baş direktor diqqətə çatdırdı ki, şəhərətrafı sərnişindaşıma xidməti, qəsəbədaxili yolların vəziyyəti, həmin yollarda nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkəti ilə bağlı Bakı Nəqliyyat Agentliyi mühüm tədbirlər həyata keçirir. Görülən tədbirlər zamanı vətəndaşlardan daxil olan müraciətlər də mütləq şəkildə nəzərə alınır.
Bəzi hallarda daxil olan vətəndaş müraciətləri ilə bağlı aparılan təhlillər onların subyektiv mövqedən qaynaqlandığını vurğulayan Vüsal Kərimli, marşrut xətlərinin hərəkət sxemi, eləcə də hər hansı bir marşrut xəttinin acılması, bərpası və ya dəyişdirilməsinin yalnız bir rayona deyil ümumi şəhərin nəqliyyat şəbəkəsinə uyğun icra edilməli olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. Hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması icra edilməkdədir. Bu gün Bakı şəhərində, o cümlədən Binəqədi rayonunda bir neçə dayanacaq fərqi ilə bir-birini təkrarlayan marşrut xətləri mövcuddur ki, bu da yollarda tıxacların yaranmasına, sərnişin axınının idarəedilməz hal almasına səbəb olur. Optimallaşdırma tədbirlərindən sonra isə bu çatışmazlıqlar aradan qaldırılacaq. Bakı Nəqliyyat Agentliyi müasir meqapolisə çevrilən paytaxtın sistemli və sürətli inkişafına cavab verən Nəqliyyat Planının hazırlanması üzərində iş aparır.
Görüşdə Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli pilot layihədə qarşıya qoyulan problemlərə operativ şəkildə müdaxilə edilməsi üçün işçi qrupunun yaradılmasını təklif etdi. Onun sözlərinə görə işçi qrupuna Bakı Nəqliyyat Agentliyinin, rayon icra hakimiyyətinin, bələdiyyələrin və yerlərdə fəaliyyət göstərən digər xidmət strukturlarının nümayəndələri daxil olacaq. Qərara alındı ki, işçi qrupunun səmərəli fəaliyyətini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlansın.
Sonda millət vəkili Azay Quliyev təşkil edilən görüşdə iştirak etdiyi üçün Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimliyə və Binəqədi Rayon İH-nin başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Millət vəkili qeyd etdi ki, görüş Yol-nəqliyyat İnfrastrukturunun optimallaşdırılmasına dair pilot layihə çərçivəsində səmərəli nəticələrin əldə edilməsi baxımından əhəmiyyətlidir.
Azay Quliyevin sözlərinə görə, bu layihə aidiyyatı qurumların eyni hədəfə vurmalarının təzahürü olacaq: "Hədəf isə bəllidir - vətəndaş məmnunluğu".
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi