Avropa İttifaqı ölkələri Ukraynaya razılıq verdi - Viza məsələsində

img

18-11-2016 [10:15]


Avropa İttifaqı ölkələri Ukraynaya vizasız rejimin tətbiq edilməsinə dair ilkin razılıq veriblər.
 
Bu barədə "Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.   
 
Məlumata görə, vizasız rejim hələlik ukraynalıların Şengen zonası ölkələrinə qısamüddətli səfərlərinə (90 sutka) şamil ediləcək.
 
Bununla belə, qeyd olunur ki, Ukrayna ilə vizasız rejim haqqında sazişin icrası bu rejimin dayandırılması mexanizminin təkmilləşdirilməsindən sonra mümkün olacaq.
 
"Mən noyabrın 24-də keçiriləcək Aİ-Ukrayna sammiti ərəfəsində bu cür müsbət qərarın qəbul edilməsindən çox məmnunam”, - deyə daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bildirib.   

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA