Azərbaycan Respublikası və iordaniya Hazimilər Krallığı arasında iki müqaviləimzalanıb

img

16-05-2010 [07:08]


;n Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında iki müqavilənin imzalanma mərasimi keçirilmişdir. ?Azərbaycan Respublikası Höküməti və İordaniya Haşimilər Krallığı Höküməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu?nu Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və İordaniya tərəfindən İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Nasir Cudeh imzalamışlar. ?Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş?i Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və İordaniya tərəfindən İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Nasir Cudeh imzalamışlar. İmzalanma mərasimində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı və İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Adel Adelay da iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA