Mənə vətəndaşlıq verin! - Erməni hüquq müdafiəçisi İlham Əliyevə müraciət etdi

img

17-11-2016 [12:34]


Erməni hüquq müdafiəçisi Vahe Avetyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciəti öz Facebook profilində paylaşan Vahe Avetyan İlham Əliyevdən ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib.

Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılandığıma görə sizə təşəkkür edirəm. Səbr, anlayış və müdriklik nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Mən Azərbaycan xalqı ilə dərin mənəvi bağlarımı saxlayıram. Onun bütün dərdlərinə və ağrılarına şərikəm, uğurlarına isə sevinirəm. Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin, Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə, sizə ürəkdən minnətdaram.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!

Hörmətlə, Vahe Avetyan

Ölkə.Az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA