Donald Trampla bağlı inanılmaz iddia ... – "Neo News" telekanalının fərziyyəsi (FOTO)

img

15-11-2016 [18:48]


Pakistanda Donald Trumpın bu ölkədə anadan olması və ABŞ-a təsadüfən gəlib çıxması iddiası populyarlaşıb.

Bu barədə "Der Spiegel" alman jurnalı "Neo News" telekanalına (Pakistan) istinadla xəbər verir.

Həmi telekalanalın iddiasına görə, D.Tramp Nyu-Yorkun Kuins məhəlləsində deyil, Əfqanıstanla sərhəddəki Şimali Vəziristan əyalətyində, Şava vadisində doğulub.

Əsl adı da Davud İbrahim Xandır. Valideynləri avtomobil qəzasında həyatını itirənə kimi Davud İbrahim Xan mədrəsədə təhsil alıb.

Daha sonra telekanal iddia edir ki, Hindistan xidmət etmiş istefada olan bir britaniyalı zabit uşağı Londona aparıb. Oradan da ABŞ-a gedib çıxan Davudu Tramp ailəsi övladlığa götürüb.

Pakistanlılar internetdə köhnə videoçarx da tapıblar. Beş saniyəlik həmin çarxda D.Tramp deyir: "Mən Pakistanı sevirəm. Sevirəm. Pakistanı".

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA