iordaniya kralının Azərbaycana səfəri bazlayır

img

15-05-2010 [01:23]


İordaniya kralı II Abdulla bu gün Azərbaycana səfərə gəlir. İkigünlük səfər çərçivəsində kral Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Tərəflər müxtəlif sahələrdə Azərbaycan - İordaniya münasibətlərini müzakirə edəcəklər. Kralın səfəri zamanı iki sazişin imzalanması nəzərdə tutulub. Bunlardan biri Azərbaycan və İordaniya hökumətləri arasında beynəlxalq əməkdaşlıq haqqında anlaşma memorandumu, digəri isə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə İordaniya Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında saziş layihəsidir. Bu, İordaniya kralı II Abdullanın Azərbaycana üçüncü səfəridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA