Putin naziri rüşvət alarkən tutdurdu - Əməliyyat

img

15-11-2016 [10:14]


Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığı bəlli olub.

Bu barədə "RİA Novosti” İstintaq komitəsinə istinadən məlumat yayıb.

Ulyukayev "Başneft"in özəlləşdirilməsi haqqında müsbət qərar çıxarılması üçün "Rosneft”in nümayəndələrindən 2 milyon dolları tələb. O, pulu alarkən saxlanılıb.

Məlumata görə, FTX əməliyyata bir ildir hazırlaşırmış. Əməliyyat qrupu Ulyukayev və onun ətrafındakıların telefon danışıqlarını yaydan bəri dinləyirmiş. "İnterfaks”ın məlumatına görə, nazir saxlanılarkən havadarlarına zəng etməyə çalışıb.

Rusiya İstintaq komitəsi "Xüsusi ilə böyük miqdarda rüşvət alınması” maddəsi ilə cinayət işinin açıldığını bildirib.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA