"Bunlara dünyanı dar etməzsək,..." - Ərdoğan Qərbə açıq meydan oxudu (VİDEO)

img

14-11-2016 [21:53]


Türkiyə prezidenti Ərdoğan bu gün "Milli Tarım projesi" çərçivəsində Qərb ölkələrinə, xalqa və terror təşkilatlarına yönəlik çox açıq mesajlar verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Avropa Birliyinin (AB) terror təşkilatlarını müdafə etmələrinə sərt təpki verib.

O, "AB əvvəl verdiyi sözləri tutsun. Terror təşkilatları Avropada meydan tapıb. Onlara hər cür dəstəyi verəcəksən, sonra da Türkiyə ilə müzakirələri dayandıracaqsız deyib, bizi təhdid edəcəksiz. Gec qaldınız ya, həmən qərarınızı verin. İl sonuna qədər səbr edək, ondan sonra millətə gedərək, bunlara da gərəkən cavabı verəcəyik", – deyə, bildirib.

Daha sonra PKK, İŞİD kimi terror təşkilatlarına rəsmən xəbərdarlıq edən Ərdoğan deyib ki, şəhidlərin heç birinin qanı yerdə qalmayacaq:

"Türkiyənin prezidenti və ali baş komandanı olaraq, bu mesajı verirəm: heç bir şəhidin qanını yerdə qoymadıq, qoymayacağıq. Türkiyəyə yönələn hər bir hücuma elə cavab verəcəyik ki, ağıllarından bir daha belə bir düşüncə keçməyəcək. Bu ölkənin əsgərini, polisini, məmurunu öldürənlərə, onlara yardım edənlərə dünyanı dar etməzsək, bizə yazıqlar olsun!".

Ərdoğanın çıxış və mesajlarını tam olaraq, bu videodan dinləyə bilərsiniz:



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA