"Yenə şalvarına batırdı" - Rusiyanın baş naziri

img

12-11-2016 [19:19]


Rusiyanın Baş naziri Dmitri Medvedyev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa qubernatorluğundan istefasına münasibət bildirib.

Baş nazir keçmiş prezidentin uğursuz olduğunu deyib:

"Bu deyim qüvvədədirsə, yenə şalvarına batırdı. Əlbəttə, bu, Odessanın belə bir adamın başçılığı ilə inkişafını gözləyən Ukrayna üçün heç də yaxşı olmadı. Onun Gürcüstanda karyerası bitdi. Görünən odur ki, Ukraynada da eyni şey baş verir”(Axar.az).

Xatırladaq ki, Saakaşvili Ukrayna rəhbərliyini korrupsiya ilə mübarizədə istəksiz olduğunu iddia edərək istefa verib. Sabiq prezident dövlət başçısı Pyotr Poroşenkonu da bölgədəki kriminal qruplaşmaları müdafiə etməkdə günahlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA