11-11-2016 [22:58]
Bakıda xanımlara kosmetik məhsullar satan müəssisə ilə bağlı şok ittihamlar ortaya çıxıb. Bu barədə musavat.com-a müəssisənin sabiq əməkdaşı danışıb.
Xanım əməkdaş kosmetik məhsullar satan "VİP Style” MMC-nin fəaliyyəti ilə bağlı ilginc faktlar açıqlayıb. Ən diqqət çəkən məqamlardan biri isə müəssisəyə gedən qadınların yarıçılpaq şəkildə görüntülənməsi ilə bağlıdır.
Redaksiyamıza müraciət edən Cəbrayılova Lalə Cümşüd qızı müəssisədəki fırıldaqlar və özbaşınalıqlarla bağlı gördüklərini və yaşadıqlarını müvafiq qurumlara yazılı şəkildə çatdırsa da, bir nəticə əldə edə bilmədiyini deyir.
29 aprel 2015-ci il tarixdən "VİP Həyat” MMC-də işə başlayan L.Cəbrayılova deyir ki, sonradan MMC-nin adı dəyişdirilərək "VİP Style” MMC ilə əvəz olunub.
MMC-də satış üzrə mütəxəssis vəzifəsində işləyən L.Cəbrayılova bəzi hallarda kosmetoloq kimi çıxış edərək, satış işi (marketinqlə) ilə də məşğul olduğunu deyib.
Aylıq 1000 manat əmək haqqı aldığını deyən L.Cəbraylova çalışdığı müəssisədə gördüyü özbaşınalıqlara etiraz etmək istəyərkən rəhbərliyin xəbərdarlığı ilə üzləşdiyini iddia edir:
"İlk işlədiyim vaxtlarda firmanı çox ciddi və həqiqətən də sağlam həyatı təmin edən və müştərilərə müəyyən miqdarda yüksək keyfiyyətli kosmetik vasitələr təqdim etdiyini düşünürdüm. Firmadan kremlər alan müştərilərə massaj aparatı ilə massaj olunmağı da hədiyyə edirdilər.
Bir neçə aydan sonra mənə məlum oldu ki, işlədiyim yerdə qanunsuz yolla heç bir tibbi sertifikatı olmayan, keyfiyyətsiz kosmetik məhsullardan istifadə olunur. Satılan kremlərin tərkibi tam aydın deyildi. Şirkətin əcnəbi rəhbərliyi, heç bir lisenziyası olmayan, keyfiyyətsiz məhsullarını azərbaycanlılara rahat şəkildə satırdılar. Bu insanların sağlamlığına təhlükə yaradır. Sosial şəbəkə və internet üzərindən apardığım araşdırma zamanı öyrəndim ki, başqa ölkələrdə bu kimi işlərlə məşğul olan şəxslər ifşa edilib, məsuliyyətə cəlb olunub. Bu barədə rəhbərliyi məlumatlandırmaq istədim. Mənə "başını aşağı sal, işini gör” dedilər. Mənə xəbərdarlıq da etdilər”.
Şikayətçi xanım deyir ki, bir müddət sonra əmək haqqının verilməsində də problemlər yaranmağa başlayıb.
L.Cəbrayılova deyir ki, xanımlara baha qiymətə satılan üz kremlərinin dəri üçün faydalı olduğu inandırmaq üçün satıcı xanımlara xüsusi təlim keçirilir, müştəriləri hipnoz edirlər: "Kremlər 2-3 min manat satılır. Həmin kremlərin kreditlə satışı da həyata keçirilir”.
Qeyd etdiyimiz kimi bu şikayətlə bağlı ən şok iddia xanım müştərilərin nəzarət kameraları vasitəsi ilə görüntülənməsidir.
L.Cəbraylova iddia edir ki, nəzarət kameralarının olmasından müştərilər xəbərsiz olur: "İş yerində hər tərəfdə kamera var. Hətta xanımların geyimlərini dəyişdikləri yerdə də. Lakin bu çəkilişdən gələn müştərilərin heç xəbərləri olmur. Şirkətin kişi işçiləri həmin çəkilişləri marketinqin səviyəsini artırmaq məqsədi adı ilə peşakar yanaşmanı bəhanə edib izləyirdilər. Otaqlarda xanımlar yarımçılpaq vəziyyətdə massaj olunurlar. Bu barədə mənim əlimdə əsaslı subutlar var. Əgər aidiyyəti orqanlar bunu araşdırarsa, həmin çəkilişləri onlara təhvil verməyə hazıram. Ancaq prokurorluğa 2 aydan artıqdır ki, müraciət etmişəm. Hələ ki, bir cavab ala bilmirəm. Bundan əlavə, onu da qeyd edim ki, azərbaycanlı işçilər əcnəbi rəhbərlik tərəfindən aşağılanır, təhqir edilir”.
L.Cəbraylova deyir ki, qısa müddət ərzində çalışdığı, lakin çoxsaylı özbaşınalıqlar gördüyü müəssisə ilə bağlı şikayətini ölkə rəhbərliyinə də ünvanlayıb: "Mətbuat vasitəsi ilə də dövlət qurumlarından, bu işi araşdırmalı olan şəxslərdən xahiş edirəm ki, qanunsuz fəaliyyət göstərən, istehlakçıların hüquqlarını kobud şəkildə pozan, heç bir vergi ödəməyən, mənşəyi məlum olmayan məhsulları insanlara satan "VİP STYLE” MMC-nin fəaliyyəti araşdırılsın”.
L.Cəbrayılovanın bu iddiaları ilə bağlı "VİP STYLE” MMC-nin mövqeyini öyrənməyə çalışdıq.
Lakin bir həftədən artıq müddətdə etdiyimiz bir neçə müraciətə "Lalə Cəbrayılovanın ittihamlarına münasibət bildiriləcək” deyə cavab verildi.
Əvvəlcə bu ittihamlara cavab verəcək məsul şəxsin işdə olmadığını, daha sonra hüquqşünasın cavab verəcəyi deyildi. Lakin hüquqşünasdan da heç bir cavab ala bilmədik.
Onu da əlavə edək ki, Lalə Cəbrayılovanın əsas iddiası müştərilərin yarıçılpaq şəkildə, gizli şəkildə görüntülənməsi ilə bağlıdır. Adı çəkilən xanım sübut kimi həmin görüntülərə sahib olduğunu da qeyd edir. L.Cəbraylova haqqında danışdığı sübutları redaksiyamıza təqdim edib. Həqiqətən də həmin görüntülərdə masaja gələn müştərilərin- xanımların yarıçılpaq şəkildə kameralarla izlənildiyi görülür.
Bizə təqdim olunan sübutlar arasında diqqət çəkən məqamlardan biri də videogrüntüləri izləyən MMC əməkdaşlarının öz aralarında yaratdıqları vatsap qrupdakı dialoqlarıdır. Belə ki, xanımların yarıçılpaq görüntülərini gülərək izləyən işçilər qeyri-etik şərhləri ilə də diqqət çəkirlər. Sübutlardan o da məlum olur ki, həmin dialoqlarda MMC-nin vəzifəli şəxsləri də var.
İ.Muradov,
Musavat.com



Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb