Ərdoğan Lukaşenkodan 10 hektar ərazi istədi: "İstəyimiz odur ki,..."

img

11-11-2016 [22:40]


Türkiyə Belarusun paytaxtında çox böyük ərazi alacaq.

Mia.az xəbər verir ki, bu məsələ hazırda Belarusda səfərdə olan Türkiyənin prezidenti Ərdoğanla Belaruslu həmkarı Lukaşenko arasında bu gün keçirilən görüşdə razılaşdırılıb.

Bununla bağlı məlumatı prezidentlərin təkbətək görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan açıqlayıb:

"Çox qiymətli Lukaşenko ilə görüşdə Minskin münasib, görməli ərazisində Türkiyə səfirliyi üçün 10 hektar torpaq sahəsi istədim. Bu ərazidə ölkəmizin səfirliyi, rezidensiya və digər infrastrukturlar tikiləcək. Bu, ölkələrimiz arasındakı münasiibətləri daha da dərinləşdirəcək. Çox sağ olsun, qiymətli dostum Lukaşenko istəyimizlə bağlı təlimat verdi. İstəyimiz odur ki, bu ərazi və sənədləşmə prosesi bir an başa çatsın. Biz də sürətlə tikintiyə başlayaq. Artıq bununla bağlı səfirimizə də, digər əlaqədar qurumlarımızın rəhbərlərinə də müəyyən təlimatlar verdim...".

Ərdoğanın bu çıxış və istəyinə isə həmin an Lukaşenko başını tərpətməklə, razılıq verdiyini təsdiqləyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA