Trampla Obamanın görüşündəki gərgin anlar - FOTOLARın gözü ilə...

img

11-11-2016 [22:17]


ABŞ prezidenti seçilmiş Donlad Tramp Ağ Evdə Barack Obama ilə görüşəndə onların bir-birinə olan antipatiyası nəzərə çarpıb.

Bundan əvvəl Tramp prezidenti tarixin ən pis adamı adlandırıb, cənab Obama isə respublikaçı namizədin vəzifəyə yararsız olduğunu deyib.

New York otel sahibkarı, hazırda isə prezident seçilmiş Tramp dəfələrlə Havay doğumlu prezidentin doğum haqqında şəhadətnaməsini sual edib, Obama isə onu açıq şəkildə lağa qoyub.

Hər iki şəxs cümə axşamı Oval Ofisdə iki saatdan çox müzakirə ediblər və media önünə çıxdıqları zaman onlar keçmişdə olanları bir kənara qoyaraq birlik və dinc keçiddən danışmağa çalışıblar.

Lakin kameralar başqa hekayədən bəhs edir.

Mia.az BBC-yə istinadən Obama ilə Trampın görüşünün necə keçdiyini, onların bir-birlərinə münasibətlərini görüşdən çəkilən şəkillərin "dili" ilə təqdim edirik:


Əgər kənara daha diqqətlə baxsam, bunların hamısı keçib gedəcək


Görünür, Trampın fikri yayınıb, yəqin keçmişdə deyilənləri düşünür​


Bax bu əsl kadrdır... Obama daş sifət, Trump isə diş qıcayıb


Trump qərara gəlir ki, Obamaya baxa bilməyəcək, sadəcə olaraq baxa bilməyəcək


Tramp rahatdır, əllə görüş sona çatdı


Obama görüşün bitdiyini açıqladığı zaman nəhayət hər iki şəxs rahatlaşıblar​


Melania Tramp və Mişel Obama isə ərlərindən fərqli olaraq, mehriban söhbət edirlər.

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA