Mosulda İŞİD-in liderllərindən biri öldürüldü - İraqdan açıqlama

img

11-11-2016 [21:02]


İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib.
 
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri bildirib.
 
Şeyx Fariz ləqəbli Mahmud Şükrü ən-Nuaymi noyabrın 8-də Mosulun qərb bölgəsində hava zərbəsi nəticəsində öldürülüb.
 
Məlumata əsasən, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatında bu günədək 1 200 silahlı məhv edilib. Qeyd edək ki, sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA