Nazir Avropalı məruzəçisini qapıda saxladı - İlginc olay

img

11-11-2016 [15:17]


Türkiyə- Avropa İttifaqı əlaqələrinin dondurulmasını istəyən Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Pirinin rəsmi Ankara tərəfindən qəbul edilmədiyi üzə çıxıb.

Avropa.info xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağla görüşmək istəyən Kati Pirinin başçılıq etdiyi nümayənə heyəti nazir tərəfindən qəbul edilməyib. 

Bundan sonra Avropa Parlamentinin nümayəndə heyəti Kati Pirini heyətdən çıxarıb. Elmar Brokun rəhbərlik etdiyi nümayəndə heyəti Bəkir Bozdağla görüşərək 40 dəqiqə ərzində prosesləri müzakirə ediblər.

Qeyd edək ki, Avropa Parlamentinin  Türkiyə üzrə məruzəçisi Kati Piri  Ankaranın  terrorla mübarizəsini həzm etməyərək "Türkiyəyə  verəcəyimiz yeganə cavab, əlaqələri dondurmaqdır” demişdi. 

Buna cavab olaraq ədliyyə naziri Bəkir Bozdağ isə Kati Pirini terror təşkilatı PKK ilə münasibətlərdə ittiham etmişdi.

"Piri Türkiyəyə gələrək danışıqlar aparır. Ancaq hesabatlarını terror təşkilatlarının təklifləri əsasında hazırlayır” deyən Bozdağ Kati Pirinin heyətdən çıxarılmasını istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA