Moskva aeroportlarında 100-ə yaxın reys təxirə salındı - Səbəb

img

10-11-2016 [10:37]


Moskva aeroportlarında 100-ə yaxın reys təxirə salınıb, daha 20-dən artıq reys isə yubanır.

Trend TASS-a istinadən məlumat verir ki, Domodedovo aeroportunda 6 reys təxirə salınıb, 13 reysin həyata keçirilməsində gecikmə olacaq. Şeremetyev aeroportunda isə 10 reys gecikir, 88 reys isə təxirə salınıb. Vnukovo aeroportunda 1 reys təxirə salınıb.

Reyslərin təxirə salınması və gecikməsinin səbəbi isə əlverişsiz hava şəraiti ilə əlaqədardır. Belə ki, Moskva regionunda durmadan qar yağır, şaxtalı külək əsir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA