ABŞ-da prezident seçkilərində Donald Tramp liderlik edir - YENİLƏNİB

img

09-11-2016 [07:52]


ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderliyini qoruyub saxlayır.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Donald Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb.
CNN telekanalının xəbərinə görə, Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb.

**** 

Donald Tramp ABŞ-da prezident seçkilərində bülletenlərin hesablanmış 5 faizinin nəticəsinə görə liderdir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bülletenlərin hesablanmış 5 faizinin nəticəsinə görə Respublikaçılar Partiyasından namizəd olan D.Tramp 52,2 faiz, demokrat Hillari Klinton isə 44,4 faiz səs toplayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA