MHP lideri sükutu pozdu, HDP-li deputatların həbsinə haqq verdi: "Yerində və qanuni qərardır"

img

05-11-2016 [22:45]


MHP lideri Dövlət Bahçeli HDP-li deputatların həbsinə reaksiya verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP lideri bu gün yaydığı yazılı açıqlamada 142 deputatın toxunulmazlıq hüququnun qaldırıldığını, bunun da 53-nün HDP-li deputatlar təşkil etdiyini xatırladaraq, tHDP sədri Demirtaş başda olmaqla, kürd deputatların həbsinə haqq qazandırıb:

"HDP-li deputatların haqlarında iddia edilən ittihamlardan yana məhkəməyə çağrılmaları aylardır millətimizin gözü önündə cərəyan edir. Buna rağmən, HDP-lilər sanki imtiyazlı, sanki ayrıcalıklı bir zümrə kimi hərəkət edərək, Türk ədalətinə meydan oxudular, məhkəməyə getmədilər. Əlbəttə, buna haqq və yetkilərinin olmadığı çox açıqdırr. Bu durum qarşısında bəzı HDP-li deputatlar saxlanılmış, bunlardan 9-nun barəsində isə həbs qərarı çıxarılmışdır.

Türkiyəyə düşməncə hücum edən, hər gün şəhadətlərə səbəb olan bölücü terror təşkilatı PKK-ya sevgilər göstərib, sürəkli dəstəkləyən HDP-lilərin prokuror və məhkəmə qarşısında çıxarılmaları doğru, yerində və qanuni qərardır. Bundan heç kimsə rahatsız olmamalı, olan varsa da, əvvəlcə öz niyyət və məramını sorğulamalıdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA