Zaxarovadan NATO-nun sabiq baş katibinə ağır cavab: "Səndə bu qul psixologiyası hardandır?"

img

03-11-2016 [22:41]


"Rasmussendə qul psixologiyası, görəsən, haradan qaynaqlanır?".

Bunu öz Feysbuk səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb.

Onun sözlərinə görə, bu tip insanlar Avropaya qəsdən yerləşdirilir:

"Rasmussen ABŞ-ın dünya jandarmı olmasını istəyir. Xatırladıram ki, bu insan NATO-ya rəhbərlik edib. Onda bu cür qul psixologiyası haradan qaynaqlanır? Belələrini Vaşinqtonun nəzarətindəki beynəlxalq təşkilatların rəhbərliyinə götürüb, Avropanın siyasi elitasına yeridirlər. Dünya jandarmeriyası haqqında fikirləşənlər demokratiyadan necə də uzaqdırlar”(Axar.az).

Qeyd edək ki, NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen amerikalı jurnalistlərə müsahibəsində ABŞ-ın dünya jandarmı olması gərəkdiyini bildirib. O, həmçinin Obamanı dünyadakı konfliktlərə hərbi müdaxilə məsələsində iradəsizlik göstərdiyinə görə tənqid edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA