İraq ordusu Mosulu ələ keçirdi - Şəhər 4 tərəfdən qaçacaq terroristlərə qapadıldı

img

03-11-2016 [19:17]


İraq ordusu və şiələrə bağlı olan silahlı dəstələr Mosulu dörd bir yandan mühasirəyə alıb.

Mia.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, İraq mərkəzi hökumətinə bağlı olan ordu Mosulun mərkəzinə doğru xeyli irəliləyib: "İraq ordusu demək olar ki, Mosulu ələ keçirib. İŞİD terroristləri evlərdə və yeraltı tunellərdə gizləniblər. Əsas narahatlıq terroristlərin mülkü əhaliyə qatılıb, özlərini gizlətmələri və bomba tələləridir. Hazırda buna görə tədbirli şəkildə əməliyyat davam edir".

Məlumatda o da qeyd olunur ki, İraqın ana ordusu Mosulun girəcəyində hələ də gözləmə mövqeyindədir: "Ordu bütöv formada Mosula daxil olmayıb. Görünür, kiçik dəstələrin şəhərdəki İŞİD-çiləri daha tədbirli formada təmizlənməsi planlanıb. Yəqin bir neçə saata ordu tam gücü ilə şəhərin mərkəzinə yerləşəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA