"ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur" - NATO-nun sabiq baş katibindən Obamaya çağırış

img

03-11-2016 [11:01]


NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qərarsızlıqda ittiham edib.
 
APA-nın məlumatına görə, "Sky News”a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: "ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır”.
 
A. F. Rasmussen Donald Trampın ABŞ-da prezidentlik postuna gəlməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu cür ssenari çox təhlükəli ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA