İraqın baş naziri Türkiyəni hədələdi: "Hər hansı bir hücumu öz çöküşü ilə nəticələnəcək"

img

02-11-2016 [01:05]


"Türkiyənin İraqa hər hansı bir hücumu öz çöküşü ilə nəticələnəcək".
 
Bunu İraq Baş naziri Heydər Abadi söyləyib.

Bağdadın Ankara ilə savaşmaq istəmədiyini deyən Abadi müharibəyə hazır olduqlarını bildirib: "İraqa hücum edən hər kəsə qarşı hər cür qarşılıq verəcəyik"(Axar.az).

Xatırladaq ki, dünəndən etibarən, Türkiyə ordusu İraqla sərhədə xeyli zirehli texnika və canlı qüvvə yığmağa başlayıb. Türkiyə rəsmi şəkildə qoşun birləşmələrinin İraq ərazisində əməliyyata hazırlandığını inkar etmir. Bildirilir ki, Başikadakı türk hərbi bazasına olası hər hansı bir təhlükə zamanı Türkiyə ordusu ildırım sürətiylə İraq ərazisinə daxil olacaq.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA