Türkiyə İraqa xeyli sayda zirehli texnika və qoşun yeridir - Ərdoğan böyük əməliyyat qərarı verdi

img

01-11-2016 [21:47]


Türkiyə İraq sərhədinə çoxlu sayda zirehli texnika və əlavə qoşun kontingenti cəmləşdirir.
 
Bu barədə NTV telekanalı hərbi mənbəyə istinadən məlumat yayıb.
 
Məlumata görə, çoxlu sayda tanklar və digər zirehli texnika İraqla həmsərhəd Şırnak əyalətinə irəliləyir. Texnikanın mərkəzi əyalətlərdən göndərildiyi bildirilir.   
 
Türkiyənin müdafiə naziri Fikri İşık bu məlumatı təsdiqləyib. O bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi bölgədə hadisələrin mümkün inkişafına hazırlıq məqsədi ilə həyata keçirilir. Nazir həmçinin qeyd edib ki, zərurət yarandıqda Türkiyə İraqın şimalında yerləşən Başik bazasındakı hərbi kontingentini gücləndirə bilər(APA).   
 
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqla sərhəddə hərbi kontingenti gücləndirmək niyyətində olduğunu bildirib. 
 
Onun sözlərinə görə, İraqın Təl-Əfər şəhərində kompakt yaşayan türkmənlərə qarşı hər-hansı qüvvələr tərəfindən zor tətbiq edilərsə, Türkiyə buna "fərqli cavab” verə bilər.   

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA