Gürcüstanda təkrar parlament seçkisi: - Hakim partiya 50 yerdən 48-ni qazandı

img

31-10-2016 [11:29]


Gürcüstanda keçirilən Parlament seçkilərinin ikinci turu başa çatıb.

İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" siyasi bloku seçkilərin ikinci turunda 50 təkmandatlı dairədən 48-də qələbə qazanıb.

Məlumata görə, bununla da İvanişvilinin "Gürcü arzusu" siyasi bloku Parlamentdə lazım olan çoxluğu əldə edib.

Seçkilərin ikinci turunda İvanişvilinin əsas rəqibi sayılan və əksər ekspertlərin qalib gələcəyini proqnozlaşdırdığı Saakaşvilinin "Vahid milli hərəkat" partiyası bir yer olsun belə qazana bilməyib(Olke.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA