27-10-2016 [17:47]
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüblər.
Mia.az xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyində baş tutan görüşdə TUMİB sədri Çingiz Bayramov, qurumun İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Cabir Dövlətzadə və NTK üzvü Cəlal İbrahimli iştirak ediblər.
Səfir Erkan Özoral iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra qardaş ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə məlumat verib.
Qeyd edib ki, türk millətinin müdrikliyi və cəsarəti sayəsində Türkiyənin xaosa sürüklənməsnin qarşısını almaq mümkün olub. Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirməsindən məmnun qaldıqlarını bildirib.
TUMİB sədri Çingiz Bayramov səmimi qəbul üçün səfir Erkan Özorala təşəkkür edib.
O, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə türk millətini təbrik edib. Ç.Bayramov deyib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər həmişə iki ölkə arasında körpü rolu oynayıblar.
TUMİB sədri rəhbərlik etdiyi qurumun üzvlərinin Türk Dünyasının əvəzsiz liderləri Mustafa Kemal Atatürk və Heydər Əliyev ideyalarına daim sadiq qaldıqlarını, iki ölkə arasındakı əlaqələrin inkişafına və güclənməsinə layiqli töhfə verdiklərini bildirib. Ç.Bayramov Türkiyə Cümhurbaşqanı Rəcəb Teyyub Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyli nəticəsində iki dövlət arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Görüşdə FETO terror təşkilatının fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.
Ç.Bayramov FETO üzvlərinin Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışmasından, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının və müstəqil mətbuatın bu təxribatın qarşısını almaq üçün göstərdiyi səylərdən danışıb. O, TUMİB-in Azərbaycandakı fətoçuların ifşası istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəklərini bildirib.
Görüş başa çatandan sonra səfir Erkan Özoral TUMİB üzvlərilə xatirə şəkli çəkdirib.
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR