Rumıniyada Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar mərasim keçirilib

img

10-05-2010 [08:36]


May ayının 10-da Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində mərasim keçirilib. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində MİA-ya verilən məlumata görə, Heydər Əliyevin adını daşıyan Parkda keçirilən tədbirdəAzərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin kollektivi, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, ARDNŞ-nin Rumıniya nümayəndəliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası, rumın, türk və tatar ictimaiyyətinin təmsilçiləri, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söhbət açmış, ulu öndərin xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən məşəqqətli və şərəfli həyat yolundan ətraflı bəhs etmişlər. Dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya arasında hal-hazırda mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin təməlinin Heydər Əliyev tərəfindən qoyulması xüsusilə vurğulanmışdır. Çıxışlardan sonra ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilmişdir. Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi təqdim olunmuş və Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA