Oman Diplomatik institutunun Baz Direktoru Azərbaycan Diplomatik Akademiyasında olub

img

10-05-2010 [05:12]


Oman Diplomatik İnstitutunun Baş Direktoru Əhməd bin Səlim Baomar Azərbaycan Diplomatik Akademiyasında olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Oman Diplomatik İnstitutunun Baş Direktoru Əhməd bin Səlim Baomar və birinci katibi İsa Saleh Əl Şeyba 3-6 may tarixində Azərbaycan Diplomatik Akademiyasında olublar. Səfər çərçivəsində qonaqlar Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevla görüşərək iki qurum arasında tədris sahəsində əməkdaşlığın prespektivlərini müzakirə etmişlər. Cənab Baomar və Əl Şeyba, həmçinin, Xarici Siyasi Proqramının direktoru Fariz İsmayılzadə, Tələbə Qəbulu Departamentinin direktoru Janis Ostin, Akademik və Peşəkar İngilis dil proqramının direktoru Vəfa Kazdal və Akademik İşlər üzrə dekan müavini Anar Vəliyev ilə görüşmüşlər. Səfərin sonunda qonaqları Xarici İşlər Nazirinin müavini Xələf Xələfov qəbul edib. Cənab Əhməd bin Səlim Baomar səfəri ilə bağlı təssüratlarını bölüşərək bildirib ki, görüşlər hər iki tərəf üçün maraqlı olub. O, qeyd etdi ki, ?Sizin Xarici Siyasət Proqramınızın 6 aya qədər uzun müddətə təşkil olunması və yüksək səviyyədə aparılması, həmçinin ADA-da ayrıca magistratura təhsilinin olması bizdə maraq oyatdı. Çunki Oman Diplomatik İnstitutunda kurslar daha qısadır və 3 ay davam edir. Azərbaycan tərəfi də bizim 19 illik təcrübəmizdən bəhrələndi, misal üçün, Omanda biz xarici ölkəyə göndərilən diplomatların xanımları üçün ayrıca təlimlər keçiririk. Onlara Omanın tarixi, mədəniyyəti haqqında məlumat veririk ki, diplomatların yoldaşları ölkəni daha yaxşı təbliğ etsinlər. Bu işlərdə Azərbaycan Omanın təcürbəsindən nəsə öyrənə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA