CHP bazqanı Dəniz Baykal seks kaseti olayından sonra istefa verdi

img

10-05-2010 [04:30]


Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal istefa verib. Bunan səbəb partiya sədri ilə bağlı internet saytlarında yerləşdirilən və ölkə siyasətində ciddi reaksiya doğuran seks kaseti qalmaqalıdır. Müstəqil İnformasiya Agentliyi Türkiyənin ?Habertürk? İnternet qəzetinə istinadən xəbər verir, Dəniz Baykal bu gün partiya sədrliyindən istefa verdiyini açıqlayıb. D.Baykal bildirib ki, son günlər ölkə gündəmini zəbt edən kasset məsələsi deyil, bir komplodur: ?Bu əxlaqsız kampaniya son iki həftə içində təşkil edilib. Belə bir siyasəti hazırda hakimiyyətdə olan siyasi konyuktura yürüdür. Çünki iqtidarın dəstəyi olmadan bu qədər əxlaqsız bir kmplo hazırlana bilməz. Bu hüquqsuz və əxlaqsız sui-qəsd səbəbiylə kimsənin məni sorğulamasına icazə verməyəcəyəm. CHP başqanlığından istefa verirəm. Bunun hədəfi yalnız mən deyil CHP-dir?. Xatırladaq ki, bir neçə gündür Türküyədə CHP lideri Dəniz Baykal və CHP Ankara millət vəkili Nəsrin Baytoka aid olduğu irəli sürülən kaset internetdə yayılıb. Millət vəkili Nesrin Baytok bununla bağlı geniş danışmaq istəmədiyini bildirib. Millət vəkili ailəsi ilə birgə bu böhtan kampaniyasının öhdəsindən gələcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA