"“Normand dördlüyü”nün görüşü göstərdi ki,.." - Rəsmi Moskvadan açıqlama

img

20-10-2016 [12:20]


""Normand dördlüyü”nün görüşü göstərdi ki, Donbasda hələ uzun müddət status-kvo qorunub saxlanacaq".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

Onun sözlərinə görə, Donbasda istənilən qəfil hərəkət konflikti daha da gərginləşdirəcək. O, "Normand dördlüyü”nün görüşündə heç bir uğurun əldə olunmadığını bildirib(Axar.az).

Qeyd edək ki, "Normand dördlüyü”nə daxil olan ölkələrin liderlərinin görüşü dünən Berlində baş tutub. Görüş 5 saat davam etsə də, Donbasla bağlı heç bir uğurlu nəticə əldə edilməyib.

"Normand dördlüyü”nə Rusiya, Ukrayna, Fransa və Almaniya daxildir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA