Qazaxıstanda FETÖ liseylər ilə bağlı ani qərar - Yeni adlarla fəaliyyət göstərəcəklər

img

17-10-2016 [19:57]


Qazaxıstanda fəaliyyət göstərən türk liseylərinin adları dəyişdiriləcək.

Bu barədə "KATEV" Fondu məlumat yayıb.

Fond rəhbərliyinin qərarı ilə Qazaxıstan Türk Liseyləri (QTL) bundan sonra "Bilim İnnovasiya Liseyi" adları daşıyacaq(Strateq.az).

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık rəsmi Astanaya Türkiyə hökumətinin ricasını çatdırmışdı. Səfir bildirmişdi ki, rəsmi Ankara yalnız Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetini dəstəkləyir. Digər təhsil müəssisələrinin Türkiyə hökuməti ilə heç bir bağlılığı yoxdur.

Bundan əlavə, N.Nazarbayevin Türkiyəyə rəsmi səfəri zamanı prezident Ərdoğan ondan nurçu məktəblərinn bağlanılmasını xahiş etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA