Azərbaycan-NATO tərəfdazlığı və qarzılıqlı əlaqələr məsələsi müzakirə olunub

img

07-05-2010 [01:02]


Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Kamil Xasıyev və NATO-nun Baş Katibi Anders Foq Rasmussen 06 may 2010-cu il tarixində keçirdikləri görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tərəflər siyasi dialoq və praktiki əməkdaşlığa dair məsələləri müzakirə etmiş və tərəfdaşlığın inkişaf etdirilməsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı mexanizminin rolunu yüksək qiymətləndirib. Baş Katib Rasmussen Azərbaycanın NATO-nun ISAF əməliyyatında iştirakı və Əfqanıstanda sabitlik və inkişafa töhfələrini alqışlayıb. Görüş zamanı həmçinin, NATO-nun tərəfdaşlıqlarının inkişafı, Avro-Atlantik və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA