Ərdoğan: ?Dağlıq Qarabağ münaqizəsinin həlli Türkiyə üçün çox vacibdir?

img

01-05-2010 [02:55]


"Azərbaycan və Ermənistan arasındakı münaqişə həll olunmadan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atdığımız addımlar problemlə qarşılaşacaq?. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib. O, televiziya ilə çıxışında aprelin əvvəllərində Vaşinqtona səfəri və orada keçirdiyi görüşlərdə danışıb: ?Zirvə toplantısında iştirak edən bir çox ölkə liderləri ilə ayrı-ayrı təmaslarım oldu. Bunların arasında Ermənistan prezidenti hörmətli Sarkisyanla 1,5 saatlıq görüşümüz oldu. Ona ölkələrimiz arasında əlaqələrin normallaşması və protokolların həyata keçirilməsi üçün Türkiyənin çox səmimi cəhdlər göstərdiyini, eyni səmimiyyəti onlardan da gözlədiyimizi vurğuladım?. Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, görüşdə Azərbaycan-Ermənistan əlaqələri və Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Türkiyənin göstərə biləcəyi yardımdan da danışılıb. O bildirib ki, münaqişənin həlli istiqamətində təsirli addımların atılması Türkiyə üçün çox vacibdir: ?Biz əvvəlcədən şərt irəli sürülməməsini qəbul edirik. Amma bunun qarşısında bir arqumentimiz var. O da bölgədə sülhə xidmət edəcək bir razılaşmadır. Bölgədə sülhün yaranmasında iki vacib iştirakçı var-Azərbaycan və Ermənistan?. Türkiyənin baş naziri Ermənistan prezidenti Serj Sarkisyanın protokolların ratifikasiyasının dayandırılması barədə qərarına da münasibət bildirib: ?Biddiyiniz kimi, bir neçə gün əvvəl yeni proseslər baş verdi və təəssüf ki, Ermənistan birtərəfli qaydada protokolları dondurduğunu açıqladı. Təbii ki, bu, Ermənistan tərəfinin öz qərarıdır. Biz Türkiyə olaraq, əvvəlki mövqeyimizi qoruyuruq. Məsələnin həlli istiqamətində müsbət addımlarımızı, protokollara sədaqətimizi əvvəldən indiyədək davam etdirdik və bundan sonra da davam etdirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA