İsrail ordusu İordan çayının qərb sahilində bir çox bölgələrə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu hqqda Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, Cenin Ərəbə qəsəbəsinə basqın zamanı bir uşaq yaralanıb, 5 nəfər isə saxlanılıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən isə bildirilib ki. yaralanan uşağın 12 yaşı var: "Onun vəziyyəti orta ağır qiymətləndirilir".

Samir MUSAYEV
MİA.AZ