Suriyada terror təşkilatı SDG/YPG ilə hökumət qüvvələri arasında yaranann gərginlik fonunda ABŞ-dan oktyabrın 2-də suriyada əməliyyat keçrimələri barədə xəbər yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının açıqlamasına görə, oktyabrın 2-də Suriyada sürətli əməliyyata imza atılıb.
Əməliyyatla "Əl-Qaidə" terror təşkilatının rəhbər şəxslərindən biri öldürülüb: "Məhəmməd Əbdül-Vəhhab əl-Əhməd terror hazırlığında idi. O, "Əl-Qaidə"nin digər terror qolu sayılan "Ənsar əl-İslam"ın üzvü olub".
CENTCOM-un komandiri admiral Bred Kuper bildirib ki, adıçəkilən terrorçu Yaxın Şərqdəki ABŞ qüvvələrinə qarşı sisteçmli terror planları hazırlayırmış: "Biz vətənimizi, döyüşçülərimizi, müttəfiqlərimizi və regionda və onun hüdudlarından kənarda tərəfdaşlarımızı qoruyacağıq".
Samir MUSAYEV
MİA.AZ