17-09-2016 [17:15]
Rəşad Süleymanov, jurnalist
Eldar Sabiroğlu, elə Sizin özünüzün sevdiyiniz janrda bir açıq məktub yazmaq istədim. Artıq on gündür "yazım, yoxsa yazmayım" deyib, düşünürdüm.
Nəhayət, məqamı olduğu üçün qısa da olsa, bəzi fikirlərimi zati-alinizə çatdırmağa qərar verdim. Bəlkə bizi indi anlayasınız.
Məktubum kiminsə sifarişiylə deyil. Biləsiniz. Və yaxşı bilirsiniz ki, mən, heç zaman kiminsə sifarişini yerinə yetirməmişəm. Belə bir istəyim olsaydı, Müdafiə Nazirliyində Sizinlə bir yerdə çalışmış olardım.
Eldar müəllim, əvvəla ailənizin yaşadıqlarından dolayı "keçmiş olsun" deyirəm. Allah heç bir ataya oğul, oğula atanın dərdini çəkməyi qismət eləməsin. Amma biz nə deyirik deyək, hər şeyi görən və bilən Allahdır. Bu da Allahın Sizin üçün yazdığı qəza qədərdir.
Deyə bilərsiniz ki, mən, nə etmişəm?! Günahım nədir ki, cəzalanım?
Sizin bu sualınızın cavabının birini mən verə bilərəm. Qalanlarını Müdafiə Nazirliyinin sözçüsü olduğunuz zamana nəzər salsanız, bəlkə də xatırlayarsınız. Əgər onları xatırlamaq istəsəniz... Özünüzdə təpər, cəsarət tapsanız...
Yəqin bu arada rəhmətlik İlqar Verdiyev yuxunuza girmiş olar. Tanıdınızmı? Sizin güdazınıza gedib, rütbəsi endirilmiş, 2012-ci ildə Goranboyda şəhid olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor İlqar Verdiyevi deyirəm. Üç balası atasız qaldı.
Mən Sizə bu məktubu neçə vaxtdır yazmaq istəyirdim. Amma hər dəfə rəhmətlik İlqar gözümün önünə gəlir, "səbr elə, Allahın günahkara verəcəyi cəzanı gör" deyirdi. Çox çəkmədi gördüm. Allah Sizə üç körpənin yaşadığının mində bir mislini yaşamağı qismət elədi.
Allahın verdiyi cəzadan söhbət açmışkən, bir olayı xatırladım. Yaxşı yadımdadır., İlqar Verdiyev vəzifəsindən azad edilib cəbhəyə göndəriləndə sizinlə bu barədə danışmışdım.
Hələ də məsələyə aydınlıq gətirmək yerinə, söylədiklərinizi unuda bilmirəm: "Gedib cəzasını çəkər” deyirdiniz.
Mən, bunu o vaxt rəhmətlik İlqara və jurnalist həmkarlarıma da danışmışdım. Cavabınıza təəccüblənmədim də.
Çünki sizin kimi təsadüfi "zabit”lərin ordu barəsində düşüncəsi bundan o tərəfə keçməzdi. Hər qarışına Vətən dediyimiz bu məmləkətdə düşmənlə üz üzə dayanmaq Sizin və o zaman özünüzü sipər etdiyiniz Əbiyevin düşüncəsində "cəza” idi. Orduda xidmətə "cəza” olaraq baxırdınız. Amma İlqar bu gedişi cəza deyil, şərəf saydı. Şərəfli həyat sürdü. Şəhidlik mərtəbəsinə ucaldı. Əminliklə deyirəm, Siz İlqarın etdiklərinin heç birini bacarmazdınız. Bacarmadınız da. Çünki orduya iş yeri kimi baxdığınızdan Sizdə o cəsarət, o amal, o sevgi yox idi.
İlqar əsl Azərbaycan zabiti idi. Sizin kimi təsadüfdən orduya gəlib paqon taxmamışdı. Heç bir hərbi təhsil olmadan sizin kimi kapitandan polkovnikə 4 il ərzində yüksəlməmişdi. 1992-ci ildə Kara Hərb Okulunda başlayıb, 2012-ci ildə ön cəbhədə bitən hərbçi karyerasını şərəflə yaşadı. İlqar qəhrəmanlığı ilə tarixə düşdü. Tarix yazdı. Amma Siz....
Siyasətdə uğursuz, öz siyasi cəbhədaşlarınızın belə sərt tənqidlərinə ürcah olan siyasətçi. Müdafiə Nazirliyində uğursuz, təsadüfi "zabit”....
Siyasi həyat yolunuz barədə danışmaq istəmirəm. Hərbidə Siz Müdafiə Nazirliyində yalnız vəzifə tutdunuz. Rütbəli mundir daşıdınız. Lakin İlqar Verdiyiev qədər zabit qürurunu daşıya biləcək zabit olmadınız. Bu gün İlqarı mətbuatımızda tanıyan hər bir kəs rəhmətlə yad edir. Sizi necə yad edəcəklər? Bunu heç olmasa, özünüzə sual edirsinizmi?
Eldar SABİROĞLU
Bəlkə də emosiyalara qapılıb, bu sözlərimdə qərəzli ola bilərəm. Amma imkanız varsa adınızı "Google”yə yazın. Baxın nə çıxacaq... Ya emosiyalı, bər-bəzəkli sözlərlə dolu bəyanatınız, ya da Siyavuş Novruzovun haqqınızda səsləndirdiyi fikirlər. Bu qədər. Vəssalam.
"Qaynar qazan”dakı müsahibənizlə üstündən aylar keçəndən sonra tanış oldum. Günahı İlqarda görmüş, özünüzə alibi qazandırmağa çalışmışdınız. Verdiyiniz cavablar süni idi. Başqaları bilməsə də, mən, MN ilə uzun müddət çalışmış, orada baş verənləri yaxından bilən biri kimi səmimi deyirəm. Etiraf eləməyi bacarmadınız.
Amma bütün bunlarla belə düşünürəm ki, Siz İlqara qarşı etdiyinizə görə daxilən əzab çəkir, özünüzü günahkar sayırsınız. Əgər belə olmasaydı, bir ilə yaxın bir yerdə çalışdığınız zabitin dəfninə qatılar, ailəsinə başsağlığı verərdiniz.
Eldar müəllim, Siz Azərbaycan Müdafiə Nazirliyinin tarixində necə qalmısınız?
Bu barədə də bəzi fikirlərimi qeyd etmək istəyirəm. Geriyə boylanıb, bir arayın, fəaliyyətinizi monitorinq edin. Ordunun, dövlətin imicinə xələl gətirən açıqlamalar, hərbçilərin kütləvi etirazı ilə bağlı imzatoplamalar (hansı ki, bu nizamnamələr və qanunvericiliklə qadağan idi.
Siz təsadüfi olduğunuzdan nizamnamələr sizin üçün kağızdan fərqlənmədi), öz özünüzdən bəyanat hazırlayıb, sual-cavab qoyub mətbuata yaymanız, Əbiyevin qəsdi-qərəzi olan zabitlər barədə müxtəlif KİV-lərə ötürülən kompromatlar... Hansını deyim.
Hə, sonuncu fikrim çoxlarını maraqlandırar deyib, Sizdən sual gəlməmiş birini xatırladıram.
Milli Qəhrəman general Rövşən Əkbərov barədə mətbuata ötürdüklərinizi. Telefonun o başında Əbiyev, bu başında Əkbərov. Nazirin generala telefonla elan etdiyi töhmət necə oldu KİV-lərə sızdı?! Bəlkə, bu sualın izahını verəsiniz ki, gec də olsa millət hal-qəziyədən agah olsun.
Mətbuatla Müdafiə Nazirliyinin arasındakı yarğana körpü salmaq yerinə, uçurum yaratdınız. Jurnalistləri ordunun "dostları” və "düşmənləri” olaraq, iki yerə ayırdınız. Nazirliyin tarixinə yazılan bu "yeniliklər"in də müəllifi, məhz Siz oldunuz.
Bilirəm, bu yazıdan sonra nə isə yazacaqsınız. O sizin cavab haqqınızdır. Biləsiniz ki, mən, həyatımda ilk dəfədir açıq məktub janrına müraciət edirəm. Bu janrda Sizin qədər peşəkar sayılmaram. Geniş, səhifə-səhifə məktub yaza bilmirəm.
Yaşda Sizdən kiçik olsam da, Sizə bundan sonra susmanızı tövsiyyə edirəm. Ən gözəli budur. Susun! Unudulun! Bundan sonra uca Allahın sizə yazdığı qədəri gözləyin!
Allah sizə səbr versin!
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Ağstafada meşə sahəsində yanğın başlayıb
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb
"Sədərək"dəki yanğınla bağlı araşdırma başlayıb
Donald Tramp 111 illik tarixi dəyişdi, FED üzvünü vəzifədən azad etdi, qarşı tərəf isə dirənir: "İşimdə qalacam..."
"Fənərbağça" Livakoviçlə bağlı danışıqlara başlayıb
Sadettin Saran "Fənərbağça" prezidentliyinə namizəd oldu
Markov Rusiyanı tərk edəcək? - Açıqlama
Arzu Əliyeva Mehriban Əliyevanı təbrik edib - FOTO
35 il başqasının evində yaşadı, indi evdən çıxmaq üçün adambaşına 10 min istəyən keçmiş məcburi köçkün danışdı - VİDEO
Gəlini Mehriban Əliyevanı belə təbrik etdi: "...bu gözəl gündə Sizə daim xoşbəxtlik və sevinc arzulayıram!" - FOTO
"Qalatasaray" heyətini fransız futbolçu ilə gücləndirmək istəyir