?Erməni soyqırımı? israil parlamentinin müzakirəsinə çıxarıldı

img

29-04-2010 [12:13]


İsrail parlamentində 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını müzakirəyə çıxarılıb. Meretz partiyasının sədri Haim Oronun təklifinin əleyhinə 8, lehinə 12 nəfər səs verib, 1 deputat isə səsvermədə iştirak etməyib. İclasda Haim Orona söz verilib. O deyib ki, yəhudilər soyqırımına məruz qalmış bir xalq kimi başqlarının dərdlərinə də həssas yanaşmalıdırlar. Müxalifət partiyasının sədri bildirib ki, Knesset 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını tanımalı və ?ədalət yerini tapmalıdır?. Hadaş partiyasının təmsilçisi Dov Henin də məsələnin Knessetdə müzakirəyə çıxarılmasına tərəfdar olub. Onun sözlərinə görə, başqa millətlərin kədərlərinə həssas yanaşılmalıdır. Deputat məsələnin etik tərəfinin də düşünülməli olduğunu bildirib və təklif edib ki, məsələ təhsil komissiyasında müzakirə olunsun. ?İsrail Evimizdir? (Yisrael Beiteniu) partiyasının üzvü Robert İlatov isə deyib ki, Knesset ?erməni soyqırımı? ilə bağlı məsələnin müzakirə olunmasının yeri deyil: ?Biz bu məsələyə müdaxilə edə bilmərik. Bura beynəlxalq istintaq komitəsi deyil?. Robert İlatov bildirib ki, məsələ iki tərəf arasında həll olunmalıdır və məsələnin Knessetin gündəliyindən çıxarılmasını təklif edib. Hökumətin mövqeyini ifadəf edən Gilad Erdan isə deyib ki, İsrail keçmişdə nə olduğuna nail hökm verməməlidir. Likud partiyasından olan nazir deyib ki, İsrail Türkiyə ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə tərəfdardır. Müzakirələrdən sonra Haim Oronun qərar layihəsi Knessetin komissiyasına göndərilib. Məsələnin xarici işlər və müdafiə, yoxsa təhsil komissiyasında müzakirə olunacağı bir müddət sonra bəlli olacaq. Yeri gəlmişkən, qeyd edək ki, ?İsrail evimizdir? partiyasının üzvləri ?erməni soyqırımı?nın Knessetdə müzakirəsinə qarşı çıxıblar. Bu partiyanın üzvlərinin əksəriyyətini postsovet ölkələrindən, xüsusilə, Azərbaycandan köçən yəhudilər təşkil edir. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA