AŞ PA prezidenti Mövlut çavuzoğlu bu gün Azərbaycana gəlir

img

13-04-2010 [12:37]


Bu gün Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlir. AŞ PA prezidentinin səfəri aprelin 16-a qədər davam edəcək. M.Çavuşoğlunun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin Spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb. Bundan başqa o, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, Azərbaycan Dövlət Dillər Universitetində çıxış edəcək. Aprelin 15-də Çavuşoğlu Gəncə şəhərinə gedəcək, yerli icra hakimiyyəti orqanları ilə görüşəcək. Çərşənbə günü saat 19.30-dan 19.45-dək Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA