Azərbaycan və Qambiya XiN-ləri arasında əməkdazlıq protokolu imzalanıb

img

12-04-2010 [05:06]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qambiyanın Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılarla iş üzrə naziri Usman Cammehi qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda ilk dəfə olmasından məmnunluğunu bildirən U. Cammeh Qambiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Öz növbəsində qonağı salamlayan nazir Elmar Məmmədyarov ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu və bunun səmərəli istifadə olunmasının ölkələrarası münasibətlərin dərinləşməsinə daha da təkan verəcəyini vurğulayıb. Həmçinin nazir Elmar Məmmədyarov Qambiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və İslam Konfransı Təşkilatı çərçivəsində keçirilmiş səsvermələrdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qambiyalı həmkarına öz dərin təşəkkürünü bildirib. Cavab olaraq qambiyalı diplomat ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsi məsələsində Azərbaycanın tutduğu mövqeyi bundan sonra da dəstəkləyəcəyini söyləyib. Görüşün sonunda hər iki nazir ?Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılarla iş üzrə Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol?unu imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA