ilham Əliyev Avropa ittifaqının komissarını qəbul edib

img

09-04-2010 [06:01]


Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Avropa İttifaqının genişləndirilməsi və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Avropa İttifaqının komissarı Ştefan Fülenin səfərinin Azərbaycanla Avropa İttifaqı arasında uğurla inkişaf edən əməkdaşlığı və həyata keçirilən proqramları müzakirə etmək üçün yaxşı fürsət yaratdığını deyib. Əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu vurğulayan prezident İ. Əliyev əməkdaşlığın gələcəkdə daha çox sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinə toxunan Ş. Füle deyib ki, səfərinin məqsədi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, əlaqələrimizin daha da genişləndirilərək irəli aparılması ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarətdir. Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ?Şərq tərəfdaşlığı? Proqramı, energetika sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA