31-05-2016 [23:06]
Bu gün Avropa İttifaqı və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin "İfadə və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzusunda keçirilən dəyirmi masa Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da çıxış edib.
Mia.az Ə.Amaşovun çıxışını təqdim edir:
"Bu gün biz çox vacib məsələnin müzakirəsinə toplaşmışıq. Mən deyərdim ki, vacib məsələ ilə bağlı müzakirələrin bir növ davamı üçün toplaşmışıq. Çünki diffamasiya mövzusu cəmiyyətimiz, xüsusən də media ictimaiyyətimiz üçün yenilik deyil. Ancaq hər müzakirə gedişində bizlər bu istiqamətdə yeni nələrisə də öyrənə, dəyərləndirə bilirik. Bu, müsbət haldır və düşünürəm ki, toplantımız faydalı keçəcək.
Fürsətdən istifadə edib Avropa Şurasının rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürümü bildirirəm. Şuranın məqsədi Azərbaycanda media ilə bağlı qanunvericilik bazasının təkmillədirilməsinə yardım etməkdir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova da təşəkkürümü bildirirəm. Onun burada olması Azərbaycan dövlətinin məsələyə həssas münasibətinin göstəricisidir.
Bu həssaslıq həmişə olub. Azərbaycan Respublikasının Prezidenti çıxışlarında məmurları medianın tənqidlərinə, hətta təhqirlərinə belə dözümlü olmağa çağırıb. Dövlət başçısı konkret olaraq diffamasiya məsələsinə də toxunub. O, bu sahədə moratoriumun qeydə alındığını dəfələrlə vurğulayıb.
Ayrıca onu deyim ki, Azərbaycan dövlətinin diffamasiya həssaslığı konkret sənəddə də ifadəsini tapıb. Məlum olduğu kimi, 2011-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında «diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması» müddəası yer almışdı.
Diffamasiya hüquqi, demokratik dövlət quruculuğu üçün həqiqətən çox vacibdir. Məsələnin zəruriliyinə iki aspektdən aydınlıq gətirmək istərdim.
Birincisi, heç kəs, o cümlədən heç bir jurnalist kütləvi informasiya vasitəsində yaydığı materiala, kütləvi çıxışda səsləndirdiyi fikrə görə azadlıqdan məhrum edilə biləcəyinə dair diskonfort yaşamamalıdır.
İkincisi, diffamasiya mühitinin özü də demokratizmə xələl gətirməməlidir. Bu mənada ki, demokratiya heç də ifadə azadlığından sui-istifadə plasdarmı deyildir.
Hər iki məqama Azərbaycan cəmiyyətində xüsusi diqqət yetirilir. Buna görə diffamasiyanın tərəfdarları və əleyhidarlarının fikirlərinin toqquşduğu nöqtələr var. Zənnimcə, bu toqquşma nöqtələri yalnız Azərbaycanda deyil. Diffamasiya mühiti Avropa Birliyinin cəmi 11 ölkəsində bərqərar olunub. Bu isə o deməkdir ki, Avropa cəmiyyətinin özündə də məsələyə birmənalı münasibət yoxdur.
Əlbəttə, Avropalı dostlarımız diffamasiyanın vacibliyini əsaslandırarkən yerli şəraitdən, milli dəyərlərdən, mental xüsusiyyətlərdən daha çox, məsələnin prinsipiallığını əsas tuturlar. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Elə hazırkı müzakirəmiz də məsələnin prinsipiallığına verdiyimiz dəyərdir.
Azərbaycan Mətbuat Şurası 2008-ci ildən diffamasiya təşəbbüsləri qaldırıb. Şura 2010-cu ili "Diffamasiya ili" elan edib, coxsaylı tədbirlər təşkil edib. 2011-ci ildə qurum diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb. ATƏT-in dəstəyi ilə Avropanın nüfuzlu ekspertləri sənədə yüksək qiymət veriblər. Mətbuat Şurasının fəallığı kontekstində mövcud sahə üzrə cəmiyyətdə müəyyən irəliləyişlər var.
Ancaq qeyd etdiyim kimi, fikir ayrılıqları da yox deyil. Fikir ayrılıqları jurnalistikamızın özündə də var.
Mən ölkə parlamentinin üzvüyəm. Çıxışlarımın birində diffamasiya ilə bağlı qanunun vacibliyindən bəhs etmişəm. Milli Məclisdə bununla əlaqədar müəyyən təmaslarım olur. Deputatlar arasında da diffamasiya ilə bağlı ortaq mövqe nəzərə çarpmır.
Amma düşünürəm ki, bu gün biz tamamillə yeni mərhələyə start veririk. Bu mərhələni diffamasiyaya hazırlıq dövrü kimi qiymətləndirmək mümkündür. İnanıram ki, burada toplaşanların dəyərli fikirləri sayəsində bizlər bu dövrə uğurlu başlanğıc edə biləcəyik".
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə