31-05-2016 [10:55]
"Diffamasiya uzun müddətdir, Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biridir. "Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005, 2011 və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir vaxtda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər".
Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa İttifaqı və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin "İfadə və media azadlığı” layihəsi üzrə Bakıda keçirilən dəyirmi masada çıxışında deyib.
Ə. Həsənov qeyd edib ki, ilk növbədə, mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər: "Həmçinin, ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi. 2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib".
Ə. Həsənov bildirib ki, 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-in müstəqilliyinin təmin edilməsi, bu sahədə neqativ halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlər həll olunub.
"2009-cu ildə Azərbaycan prezidenti konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edilmədini açıqlayıb. Həmin dövrdən bu vaxta kimi faktiki olaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.
Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var.
2011-ci il dekabrın 27-də Azərbaycan prezidenti insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq edib və həmin planda "Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "diffamasiya ili” elan edib, jurnalist təşkilatları "Diffamasiya haqqında” qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlayıb və Milli Məclisə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb. Göründüyü kimi, Azərbaycanda "Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib", - deyə prezidentin köməkçisi bildirib.
APA
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib